Cənubi Afrikada keşiş kilsədən akkumulyator oğurlamaq istəyən oğrunun əllərini kəsib.
Lent.az xəbər verir ki, bu barədə “Daily Star” nəşri məlumat yayıb.
28 yaşlı Dumisani Mahlanqu 58 yaşlı Solomon Mhlanqın keşişi olduğu kilsənin həyətində sakinlər tərəfindən saxlanılıb.
Onun akkumulyator oğurlamaq istədiyini bilən şəxslər rahibi çağırıblar. O isə öz növbəsində oğrunu özü cəzalandırmaq istəyib. Keşiş şübhəlini oğlu ilə birlikdə meşəyə aparıb və onun əllərini kəsib.
Yaralı yola qaçaraq insanlardan kömək istəyib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan Dumisani Mahlanquya 6 dəfə qan köçürülüb.
Keşişlə oğlu adam öldürməyə cəhd ittihamı ilə həbs olunub.