Ramzan Kadırov
01 oktyabr 2022 19:30 (UTC +04:00)

Ramzan Kadırov

Kadırov Ukraynanın Liman şəhərinə görə generalı tənqid etdi

Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynanın Liman şəhəri istiqamətində müdafiəyə rəhbərlik edən Rusiya Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Dairə komandanı, general-polkovnik Aleksandr Lapini sərt şəkildə tənqid edib.

Lent.az APA-ya istinadən xəbər verir ki, Kadırov Liman şəhərində Rusiya qoşunlarının açıq hədəfə çevrilmə təhlükəsi ilə bağlı Baş Qərargah rəisi Valeri Gerasimova məlumat verdiyini açıqlayıb.“İki həftə əvvəl "Axmat" Xüsusi Təyinatlı Qüvvələrinin general-mayoru, mənim əziz qardaşım Aptı Alaudinov şəxsən mənə bildirdi ki, döyüşçülərimiz asan hədəfə çevrilə bilər. Mən də öz növbəmdə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimova təhlükə barədə məlumat verdim. Amma general məni əmin etdi ki, o, Lapinin hərbi sərkərdə istedadına şübhə etmir və Krasnıy Limanda və onun ətrafında geri çəkilməyin mümkün olduğunu hesab etmir. Bir həftə sonra Lapin qərargahını tabeçiliyindən yüz kilometr aralıda olan Starobelskə köçürür, özü də Luqanskda oturur. 150 km məsafədə olan bölmələri necə operativ idarə edə bilərsiniz? Elementar hərbi logistikanın olmaması səbəbindən bu gün biz bir neçə yaşayış məntəqəsini və ərazinin böyük bir hissəsini tərk etmişik.

Lapinin bacarıqsız olması ayıb deyil. Onun Baş Qərargahdakı yuxarıdakı rəhbərlər tərəfindən ört-basdır edilməsi ayıbdır. Əlimdə olsaydı, Lapini sıravi rütbəsinə endirərdim, mükafatlarından məhrum edərdim və əlinə silah verib ayıbını qanla yumaq üçün cəbhəyə göndərərdim. Ordu qohumbazlığı yaxşılığa aparmayacaq. Orduya güclü xarakterli, cəsur, prinsipial, döyüşçünün qayğısına qalan, tabeliyində olanın köməksiz, dəstəksiz qala bilməyəcəyini bilən insanları təyin etmək lazımdır. Xüsusən də çətin vaxtlarda orduda qohumbazlığa yer yoxdur”, - deyə Kadırov qeyd edib.

# 2265
avatar

Oxşar yazılar

Dünyada ən təhlükəli nəqliyyat növü  budur

Dünyada ən təhlükəli nəqliyyat növü budur

28 mart 2024 , 16:57
DƏHŞƏT!  Yaşayış evi yandı, 3 uşaq həlak odu 

DƏHŞƏT! Yaşayış evi yandı, 3 uşaq həlak odu 

28 mart 2024 , 08:25
Apreldən qazın qiyməti  xeyli artacaq

Apreldən qazın qiyməti xeyli artacaq

28 mart 2024 , 06:51
Lotoreya oynadı, milyardlıq CEK-POT uddu 

Lotoreya oynadı, milyardlıq CEK-POT uddu 

28 mart 2024 , 01:30
İki kişi əlbir olub polisi soydu

İki kişi əlbir olub polisi soydu

27 mart 2024 , 20:39
Bu ölkədə 70 minə yaxın  dövlət qulluqçusu işdən çıxarılır

Bu ölkədə 70 minə yaxın dövlət qulluqçusu işdən çıxarılır

27 mart 2024 , 13:26
İranda daha bir polis öldürüldü  

İranda daha bir polis öldürüldü  

27 mart 2024 , 11:25
Bu ölkədə güclü zəlzələ oldu

Bu ölkədə güclü zəlzələ oldu

27 mart 2024 , 07:59