Tehran Universiteti
26 sentyabr 2022 20:22 (UTC +04:00)

Tehran Universiteti

İranda tələbələr dərsdən imtina etdilər - SƏBƏB

İranda 18 universitetin tələbələri dərsə gəlməkdən imtina etdiklərini açıqlayıblar. 

Lent.az-ın APA-ya istinadla məlumatına görə, İran İnsan Hüquqları Təşkilatının hesabatında tətillərin Tehran, Təbriz, Gilan, Əhvaz, Məşhəd və Qəzvin şəhərlərindəki 18 universiteti əhatə etdiyi bildirilir.  

Məlumatlara görə, tətilə qoşulan ali məktəblərin sayı artır.

Tələbələr təhlükəsizlik qüvvələrinin zorakı davranışı, etirazçı tələbələrin həbsi və təhsilin virtuallaşdırılmasına etiraz olaraq dərslərdə iştirakdan imtina etdiklərini açıqlayıblar.
 

# 1800
avatar

Oxşar yazılar