Urmiya etirazlarına görə 20-dən çox milli fəal həbs edilib
Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində ötən günlərdə keçirilən etiraz aksiyaları zamanı ən azı 22 nəfər güneyli fəal saxlanılıb.
Bildirilir ki, İran hökuməti Güney Azərbaycan torpaqlarında ərazi iddiası məqsədi ilə kürd mühacirləri həvəsləndirib və onlara icazə verməklə müxtəlif bölgələrindən olan kürdlərin Urmiyanda toplanmasına və təxribat törətmələrinə səbəb olub.
Eyni zamanda hökumət güneylilərin kürd terrorizminə qarşı etiraz aksiyasına da qərəzli yanaşıb və milli fəalları həbs edib.