Keniyada 33 yaşlı kişi 2022-ci ildən bəri həyat yoldaşı da daxil olmaqla 42 qadını öldürdüyünü etiraf edib.
Lent.az xəbər verir ki, Keniyanın paytaxtı Nayrobidə zibillikdə aşkarlanan 9 nəfərin cəsədi və bədən hissələri ilə dolu çantalarla bağlı saxlanılan şəxs 42 qadını qətlə yetirdiyini etiraf edib.
BBC-nin məlumatına görə, polis, saxlanılan 33 yaşlı Collins Jomaisi Xaluşanın 2022-ci ildən bəri həyat yoldaşı da daxil olmaqla 42 qadını öldürdüyünü etiraf etdiyini açıqlayıb.
Bildirilir ki, Xaluşanın evində aparılan yoxlamalar zamanı bəzi şəxsi əşyalar, o cümlədən 10 telefon, noutbuk, şəxsiyyət vəsiqəsi və qadın paltarları aşkarlanaraq götürülüb.