Gürcüstanda zəlzələ  baş verdi
30 mart 2024 23:02 (UTC +04:00)

Gürcüstanda zəlzələ baş verdi

Gürcüstanda yerli vaxtla 17:44-də 4,8 bal gücündə zəlzələ baş verib.

Lent.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Oni şəhərindən 6 kilometr cənub-şərqdə, Psori kəndi yaxınlığında yerləşib.

Yeraltı təkanlar nəticəsində tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3741
avatar

Oxşar yazılar