ABŞ-nin şərqində Baltimorda körpünün uçması nəticəsində azı altı nəfərin öldüyü güman edilir.
Lent.az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Həlak olanların adları hələlik açıqlanmır.
Baltimor polisi daha əvvəl körpünün uçmasının terror aktı olduğuna dair heç bir əlamət olmadığını bildirmişdi.
Həmçinin Amerikanın Merilend ştatında körpünün uçmasından sonra fövqəladə vəziyyət elan edilib.