Fələstinli terrorçu şəklində uşaq tortu: Çörək zavodunda qalmaqal
25 may 2024 16:48 (UTC +04:00)

Fələstinli terrorçu şəklində uşaq tortu: Çörək zavodunda qalmaqal

Avstraliya polisi Sidney çörək zavodunun sosial şəbəkələrdə qürurla terror təşkilatı HƏMAS-dan ilhamlanan tort və xəmirlərin fotolarını yerləşdirməsindən sonra istintaqa başlayıb. Şirniyyatlar dörd yaşlı bir uşağın doğum günü üçün hazırlanıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bütün şənlik bu mövzu ətrafında təşkil olunub.

"Facebook" və "Instagram" səhifələrində "Oven Bakery"nin paylaşdığı (və qəzəb dalğasından sonra silinən) fotoşəkillərdə dörd yaşlı uşaq HƏMAS simvolları ilə bəzədilmiş böyük tortun yanında dayanır. Tort və xəmirlərin üzərində Fələstin bayraqları və HƏMAS-ın hərbi qanadının sözçüsü Əbu Obaidanın fotoşəkili var.

Cəmi dörd yaşında olduğu deyilən oğlan əsgər forması geyinərək tortun yanında pozalar verib. O, Obaidanın jestini təqlid edib. 

Avstraliya Yəhudi Qrupunun baş icraçı direktoru Robert Qreqori deyib: “Uşağı terrorçu kimi geyindirmək, o cümlədən HƏMAS kimi qoluna sarğı taxmaq qınaq obyektidir və uşaq istismarının bir növüdür. O, bütün avstraliyalılar üçün təhlükə yaradır”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2601
avatar

Fidan İlqar

Oxşar yazılar