Ərdoğan yenə prezidentliyə namizəd olacaq? - Partiya sözçüsündən açıqlama
13 yanvar 2025 21:31 (UTC +04:00)

Ərdoğan yenə prezidentliyə namizəd olacaq? - Partiya sözçüsündən açıqlama

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömer Çelik ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın yenidən Prezidentliyə namizədliyini irəli sürəcəyinə dair açıqlamasını şərh edib.

Lent.az-ın verdiyi xəbərə görə, Çelik, “önəmli olan millətin iradəsidir” deyə bildirib.

O qeyd edib ki, AK Partiyanın Şanlıurfa konqresində İbrahim Tatlısəsin prezident Ərdoğana yenidən namizəd olması ilə bağlı sualına Ərdoğanın “Sən varsan, mən də varam” cavabı Partiya üzvlərini sevindirib.

Ö. Çelikin sözlərinə görə, bu məsələ zamanı gəldikdə də müzakirə ediləcək, bölgədə baş verənlər isə R. T. Ərdoğanın siyasi təcrübəsinin nə qədər vacib və dəyərli olduğunu göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1308
avatar

Oxşar yazılar