Ərdoğan:  Müxalifətin şoularına vaxtımız yoxdur
21 mart 2025 00:02 (UTC +04:00)

Ərdoğan: Müxalifətin şoularına vaxtımız yoxdur

"Müxalifətin daxili çəkişmələrini və ya qanunla bağlı problemlərini ölkənin ən vacib məsələsi kimi qələmə vermək cəhdi ikiüzlülüyün zirvəsidir".

Lent.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan "müxalifət CHP-si, mediası və digər strukturları ilə istər diplomla, istərsə də korrupsiya və oğurluqla bağlı məhkəmənin irəli sürdüyü iddialara cavab verə bilmir, əvəzində məsələni siyasi şüarlarla örtüb, milləti aldatmaq kimi asan varianta əl atır" deyib.

Türkiyə prezidentinin dediyinə görə,  müxalifətin ambisiyaları və istəkləri faktiki olaraq beyinlərini əsir götürüb:

“Qardaş, bu diplom alnın təri ilə, prosedura uyğun alınmış sənəddir” desələr, bunu aidiyyəti dostlarımız vasitəsilə, hüquqi arqumentlərlə müzakirə etmək olar. Necə ki, “Bələdiyyədə oğurluq, korrupsiya, qanunsuzluq, ədalətsizlik, qaranlıq, mürəkkəb münasibətlər yoxdur” deyirlərsə, bunu ekspertlərin köməyi ilə, hüquqi sübutlar əsasında danışmaq, müzakirə etmək olar. Amma onlar bunları etmirlər, edə bilməzlər, çünki hər şeyin və daha çoxunun doğru olduğunu ən yaxşı özləri bilirlər”.

Onun sözlərinə görə, bu məlumatların və sənədlərin əksəriyyətini məhkəmə orqanlarına öz partiyadaşları veriblər.
“İctimaiyyət qarşısında timsah göz yaşları tökən CHP rəhbərlərinin əksəriyyətinin partiyadaxili qarşıdurmada rəqiblərini sıradan çıxardıqları üçün bağlı qapılar arxasında sevincinin həddi-hüdudu olmadığı da göz qabağındadır. Bir daha deyirəm: CHP-nin məsələsi ölkənin, xalqın deyil, öz qərargahında olan bir ovuc iddialı adamın məsələsidir. Bizim nə partiya, nə də müttəfiq olaraq müxalifətin şoularına vaxtımız yoxdur. Partiya olaraq ölkənin əsl gündəmi ilə məşğuluq. Allaha şükürlər olsun ki, 23 illik ömrümüzün hər günü, hər anı belə keçdi, ölkəmizə saysız-hesabsız işlər, xidmətlər göstərildi".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2124

Oxşar yazılar

Turist vulkana   düşüb öldü

Turist vulkana düşüb öldü

25 iyun 2025 , 14:29
Tiktokeri canlı yayımda öldürdülər

Tiktokeri canlı yayımda öldürdülər

25 iyun 2025 , 13:59
İsrail-İran müharibəsi - SON DƏQİQƏ

İsrail-İran müharibəsi - SON DƏQİQƏ

25 iyun 2025 , 13:17
Çimərlikdən əlləri və ayaqları bağlı 5 cəsəd tapıldı

Çimərlikdən əlləri və ayaqları bağlı 5 cəsəd tapıldı

25 iyun 2025 , 13:00
Bəbir 4 yaşlı qızı anasının yanından aparıb yedi

Bəbir 4 yaşlı qızı anasının yanından aparıb yedi

25 iyun 2025 , 11:45
İranda İsrailin inanılmaz sayda  casusu və PUA-sı ələ keçirilib

İranda İsrailin inanılmaz sayda casusu və PUA-sı ələ keçirilib

25 iyun 2025 , 11:15
Daha 3 Mossad casusu edam olundu

Daha 3 Mossad casusu edam olundu

25 iyun 2025 , 10:30
İsrailin Qəzzanı VURDU:  azı 21 nəfər həlak oldu

İsrailin Qəzzanı VURDU: azı 21 nəfər həlak oldu

25 iyun 2025 , 07:46