Ər-arvad lotereyadan 1 milyarddan çox  pul uddu
14 iyun 2024 11:45 (UTC +04:00)

Ər-arvad lotereyadan 1 milyarddan çox pul uddu

ABŞ-da Miçiqan ştatında keçirilən “Powerball” lotereyasında kimin 842,4 milyon dollar (təxminnə 1 milyard 428 milyon 200 min manat) udduğu məlum olub.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, böyük mükafatın qalibləri “The Breakfast Club” qrupunun üzvləri olub. Klubun rəsmi olaraq üç üzvü olmasına baxmayaraq, lotereya rəsmiləri faktiki qaliblərin ər-arvad, üçüncü üzvün isə onların vəkili Mark Harder olduğunu söyləyib. Lakin şanslı qaliblərin kimliyi açıqlanmır.

Miçiqan qanunlarına görə, lotereya qalibləri öz şəxsiyyətlərini açıqlamalıdırlar, lakin anonimliyi qoruyaraq xüsusi klub yaratmaq və ictimai nümayəndəsi kimi vəkili elan etmək hüququna malikdirlər. Cütlüyün multimilyonçu olmasına səbəb olan çəkiliş yanvar ayında baş tutub. 842,4 milyon dollarlıq uduş dövlət rekordudur.

Lotereya təşkilatçıları bildiriblər ki, şanslılar pulu dərhal götürmək qərarına gəliblər. Bu o deməkdir ki, onlar federal və əyalət vergilərinə məruz qalacaq məbləğin yalnız yarısını alacaqlar. Bu, onların uduşlarını təxminən 305 milyon dollara qədər azaldacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2943
avatar

Oxşar yazılar