Çilidə yerləşən ecazkar “Sehirli dağ” hoteli (Montaña Magica Lodge)
09 may 2021 05:13 (UTC +04:00)

Çilidə yerləşən ecazkar “Sehirli dağ” hoteli (Montaña Magica Lodge)

Cənnət qoxulu HOTEL-ŞƏLALƏ - FOTOLENT

Bu dəfə səyahətimiz daha mənzərəli, zövq oxşayan məkanlara olacaq. Tanış olacağınız istirahət guşələri təbiətin ağuşunda yerləşir.

Lent.az cənnəti xatırladan real görüntüləri təqdim edir:

Çilinin ecazkar guşələrindən birində əmin-amanlıq və harmoniya atmosferinin hökm sürdüyü bir yer var. Şəhərin səs-küyündən dincəlmək və təbiətin gözəlliyinindən həzz almaq istəyirsinizsə “Sehirli dağ” (Montaña Mágica Lodge) hotelinə üz tutun. 

Bu əsrarəngiz yer 2007-ci ildə YUNESKO-nun Dünya İrsinə daxil edilmiş Huilo-Huilo Milli Qoruğunun ərazisində yerləşir. Hotelin əsas xüsusiyyəti ətraf mühiti məhv etməyərək, təbiətlə ahəngdar birləşməsidir. Hotel layihəsi Çili ekoloji turizminin inkişafına ən böyük töhfə kimi tanınıb.

Layihəni yaradarkən memarlar qarşılarına önəmli bir məqsəd qoyublar – qoruğun təbiətinin harmoniyasını və bütövlüyünü qoruyacaq bir otel yaratmaq. Nəhəng şəlalə binanı nəinki bəzəyir, eyni zamanda otelin divarlarını bürüyən  yamacları su ilə qidalandırır.

Yerli əfsanə memarları belə qeyri-adi hotel yaratmağa ilhamlandırıb. Əfsanəyə görə, bu meşədə xəyalları gercəkləşdirən sehirli bir dağ var idi. O, ruhlar tərəfindən qorunur və ancaq cəsarətlənərək onun zirvəsinə qalxan insan istəkli arzusunu gerçəkləşdirə bilərdi.

“Sehirli Dağ” hoteli 2005-ci ildə inşa olunub. Onun tikintisində istifadə olunan bütün materiallar – qara daş və ağac – qoruqdan götürülmüşdür. Yerli sənətkarlar əcdadlarının adət-ənənələrini davam etdirərək, qədim üsullardan istifadə edərək bu ecazkar quruluşun yaradılması üzərində çalışıblar.

Hoteldə mağaraları xatırladan 13 otaq var. Bütün otaqlar müasir rahatlıq ilə təmin olunub, otaqlarda yerləşən böyük pəncərələr isə meşənin gözəlliyindən zövq almaq üçün əla fürsət yaradır. Ən maraqlısıda odur ki, hoteldə nömrələr yoxdur, hər otaq  Çili quşlarının adını daşıyır.

 

Həmçinin, qoruq öz qonaqlarına bir çox aktiv əyləncələr təklif edir: at sürmək, isti bulaqlarda üzmək, balıq ovu və ən cəsarətli əyləncə – dağ çayında raftinq.
“Sehirli dağ” hotelinə getmək çox vaxt apara bilər, amma buna dəyər. Başlanğıc nöqtəsi Çilinin paytaxtı Santyaqodur, oradan təyyarə ilə Valdivia əyalətinə 800 km məsafədir.

"travel"

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3992

Oxşar yazılar

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

20 avqust 2025 , 05:50
Avtomobillərdə videoregistrator  və GPS  məcburi olacaq

Avtomobillərdə videoregistrator  və GPS məcburi olacaq

20 avqust 2025 , 04:46
Polis tutuquşu   sayəsində narkoşəbəkəni ələ keçirdi

Polis tutuquşu sayəsində narkoşəbəkəni ələ keçirdi

19 avqust 2025 , 18:54
Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

19 avqust 2025 , 18:10
Avqust ayında ilk qar yağdı  - GÖZLƏNİLMƏZ

Avqust ayında ilk qar yağdı - GÖZLƏNİLMƏZ

19 avqust 2025 , 17:56
Aktrisa  meşədə azaraq öldü

Aktrisa meşədə azaraq öldü

19 avqust 2025 , 17:41
Deputat parlament binasında intihar etdi

Deputat parlament binasında intihar etdi

19 avqust 2025 , 17:27
Gənc qadın 18-ci mərtəbədən  yıxılıb öldü

Gənc qadın 18-ci mərtəbədən yıxılıb öldü

19 avqust 2025 , 14:26