Bu ölkə  NEFT   hasilatını DAYANDIRIR
27 iyun 2022 08:01 (UTC +04:00)

Bu ölkə NEFT hasilatını DAYANDIRIR

Ekvadorda neft hasilatı iki günə dayandırıla bilər.

Lent.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Energetika və Mədən Nazirliyi bəyanat yayıb.

Buna səbəb iki həftə əvvəl ölkəni bürümüş etirazların davam etməsidir.

“Neft hasilatı kritik səviyyədədir. Bugünkü rəqəmlər 50% azalmanı göstərir. Bu vəziyyət davam edərsə, ölkədə neft hasilatı 48 saat ərzində dayandırılacaq. Çünki quyuları ələ keçirmək istəyirlər. Yolların bağlanması ilə dizel yanacağının və hasilatın davam etdirilməsi üçün lazım olan xammalın çatdırılması mümkün deyil”, - deyə bəyanatda bildirilib.

Nazirliyin mətbuat xidmətinin məlumatına görə, 14 günlük etiraz aksiyaları zamanı dövlətin büdcəsinə neftdən daxilolmalar 120 milyon dollar azalıb.

Təxminən iki həftədir davam edən və 5 nəfərin həyatına son qoyan etirazçıların əsas tələbləri artan cinayətlər fonunda benzinin qiymətinin aşağı salınması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsidir.

Etirazlar ölkədə bir neçə əsas magistralın bağlanması və iğtişaşlarla müşayiət olunur.

# 1932
avatar

Oxşar yazılar