Ermənistanda sıfırla işarələnən avtomobil nömrələri satışa çıxarılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, sıfırla işarələnmiş dövlət nömrə nişanlarının satışının birinci mərhələsi həyata keçirilib. Satışda 10 nəfər iştirak edib. 48 nömrə nişanından 7-si satılıb. Ümumi məbləğ 156 milyon 200 min dram (təxminən 655 min 970 manat) təşkil edib. Ölkənin Daxili İşlər Nazirliyi bir nömrənin neçəyə satıldığını deməkdən imtina edib.
Amma yerli medianın məlumatına görə, “00 oo 000” dövlət nömrə nişanı 30 milyon drama (təxminən 125 min manat) satılıb.
Qeyd edək ki, Nikol Paşinyan bir müddət əvvəl sıfırla işarələnən nömrələri satıb pulunu büdcəyə yönəltmək barədə qərar verib.