Co Bayden
02 noyabr 2021 13:12 (UTC +04:00)

Co Bayden

Bayden Amerikanın FƏLAKƏTİ adlandırıldı

Respublikaçılar partiyasından olan senator Rik Skott Co Baydenin prezidentliyini ABŞ üçün fəlakət adlandırıb.

“Vəzifədə olduğu cəmi doqquz ay ərzində o, amerikalı ailələrə həqiqi xidmət göstərmək əvəzinə radikal sosialist siyasətini həyata keçirərək, Amerikanı təhlükəli dərəcədə aşağı göstəricilərə çatdırıb”, - Lent.az xarici mediaya istinadla bildirir ki, Skott vurğulayıb.

O, əlavə edib ki, ümumi daxili məhsul üçüncü rübdə Bayden dövründə artan inflyasiya və tədarük zənciri böhranları fonunda azalıb.

Onun fikrincə, Baydenin yanlış qərarları “demək olar ki, hər şeyin” qiymətlərinin artmasına səbəb olub.

“Co Baydenin dövründə amerikalılar artıq dolana bilmirlər. ABŞ-ın tam iqtisadi çöküşünə gəlməmişdən əvvəl prezidentin oyanıb qulaq asmasının vaxtıdır”, - senator deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1884
avatar

Oxşar yazılar