Afrikada qəbilənin uşaqlarına təcavüz edən  turist saxlanıldı
22 may 2025 18:44 (UTC +04:00)

Afrikada qəbilənin uşaqlarına təcavüz edən turist saxlanıldı

Namibiyada qədim qəbilənin 33 uşağına cinsi təcavüz edən ingilis turist saxlanılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, 65 yaşlı Duqlas Robert Bruks mayın 15-də Namibiyaya gəlib. O, burada yerli San qəbiləsinin tarixini və adətlərini qoruyub saxlayan muzeyə baş çəkib.

Ancaq onun turistik səfəri cinayətlə sonlanıb. İngilis turist San qəbiləsinin 33 uşağına cinsi təcavüz etməkdə ittiham olunur. Məlumata görə, Bruks həmin uşaqlara konfet verərək onların çılpaq fotolarını çəkib və əxlaqsız hərəkətlər edib. O saxlanılıb və iyunun 19-da məhkəməyə çıxarılacağı gözlənilir.

Qeyd edək ki, 30 min nəfərlik San qəbiləsi Cənubi Afrikanın ən qədim qəbiləsidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 542

Oxşar yazılar