ABŞ-da 100 il bundan əvvəl bir kişi qeyri-müəyyən şəkildə yoxa çıxıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bu, ABŞ-da həll olunmamış ən qədim hadisələrdən biri hesab olunur.
Marvin Klarkın təxminən bir əsr əvvəl “Halloween” zamanı yoxa çıxması ABŞ-ın Milli İtkin Düşənlər və Naməlum Şəxslər Sistemində siyahıya alınmış sirr olaraq qalır.
Marvin Klark 1926-cı ildə, qızı Sindini işlədiyi otelə gedərkən yoxa çıxıb. İtkin düşən gün Marvin Klark tünd kostyum və şalvar geyinib. Şahidlər onu Portlenddəki avtobus terminalında gördüyünü bildiriblər. Lakin o, ailəsi ilə əlaqə saxlamayıb. Kişinin yoxa çıxmasından bir həftə sonra həyat yoldaşı Vaşinqtondan Marvin tərəfindən göndərdiyi iddia edilən açıqca alıb.
Polis Marvinə aid olduğu güman edilən əşyalarla birlikdə naməlum meyit tapıb. 2018-ci ildə Marvinin böyük nəvəsi və oğlu test üçün DNT nümunələri təqdim etdikdə bu araşdırma xəttinin səhv olduğu sübut edilib.
Qeyd edək ki, Marvinin harada olduğunu hələ də bilmirlər.