“Üsyanı yatırmaq üçün HAMAS qüvvələri İrana gətirilib”
23 iyun 2009 12:00 (UTC +04:00)

“Üsyanı yatırmaq üçün HAMAS qüvvələri İrana gətirilib”

Bunu İran şahının oğlu Reza Pəhləvi deyir


İran şahının oğlu Reza Pəhləvi İranda cərəyan edən son hadisələrin yeni nəslin yaddaşında həkk olunan ən vacib taleyüklü məqam kimi qiymətləndir.

O, APA-nın ABŞ müxbirinə açıqlamasında insanların azadlıq ruhunun qalib gəlməsini sülh və demokratiyanın uğuru, məğlubiyyətini isə yeni enerji böhranı, ifrat radikalizmin artması, hətta “nüvə Holokostuna” səbəb ola biləcəyini bildirib.

R. Pəhləvi indiki gərgin vəziyyətdə əsas öhdəliyin beynəlxalq mətbuatın üzərinə düşdüyünü qeyd edib. O, İranda fəaliyyət göstərən iki ABŞ jurnalistinin həbsini, “Əl Ərəbiyə” və BBC müxbirlərinin “Persona non-qrata” elan olunmasını, xarici kanallara və İnternetə qoyulan qadağaları molla rejiminin nə dərəcədə mətbuatdan qorxmasını sübut etdiyini bildirib. İyunun 20-də Tehranda keçirilən etiraz aksiyası zamanı qətlə yetirilən 16 yaşlı Neda Ağa Sultan haqqında danışan R. Pəhləvi “Heç kim gənclərimizin sifətlərini və ağızlarını kəsən məftillərdən istifadəyə, güllənən Nedanın taleyinə göz yummaqdan faydalanmayacaq”, - söyləyib.

Cənab Pəhləvi qonşu və hegemon dövlətlərin ölkədə cərəyan edən hadisələrə ehtiyatlı yanaşmasının tərəfdarı olduğunu bildirib. Əks halda, bunun molla rejiminin tərəfdarlarına müxalifəti xarici qüvvələrlə iş birliyində ittiham etməyə əlavə imkan verəcəyini deyib. Lakin R. Pəhləvi insan haqlarının pozulması məqamında siyasi oyunların kənara qoyulmasını vacib hesab edir.

O, İranda vəziyyətin nəzarətdən çıxmaq ərəfəsində olduğunu da deyib. R. Pəhləvi molla rejiminin təhlükəsizlik xidməti əməkdaşlarının, İnqilab Keşikçiləri üzvlərinin sıravi insanlara qoşulduğunu, buna görə dindarların Tehranın yaxınlığında azı 5000 nəfərlik xüsusi təlim keçmiş dəstə hazırladığını, HAMAS təşkilatının isə İrana əlavə qüvvələr göndərdiyini qeyd edib.

Cənab Pəhləvi Tehran küçələrində nə qədər insanın qətlə yetirildiyini deməkdə çətinlik çəkdiyini, bu rəqəmin rəsmi elan olunmuş rəqəmdən çox olduğunu söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1188

Oxşar yazılar