Ekspert: “Xamneyi və Əhmədinejat geri çəkilməyəcək”
Müstəqil ekspert Sədrəddin Soltan İrandakı durumu şərh edir
İndi bütün dünyada, o cümlədən Azərbaycanda “İrandakı proseslərin sonu necə qurtaracaq” sualına çoxları cavab axtarır. Bu ölkədə 35 milyon azərbaycanlının yaşadığını və İranın dövlətimizlə sərhəd qonşusu olduğunu nəzərə alsaq, həmin suala Azərbaycanda cavab axtaranların sayının çox olduğunu görərik. Bu mövzuda Lent.az-ın suallarını siyasi şərhçi Sədrəddin Soltan cavablandırıb.
Sədrəddin Soltanın sözlərinə görə, İranda baş verən proseslər heç də inqilabi situasiya, yaxud inqilab deyil: “Bunun adı İranda bir nəfərin hökumət başçısı olmaq istəyidir ki, onun səsləri oğurlandığına görə, öz hüquqlarını bərpa etmək istəyir. O baxımdan da, ölkədə həmin şəxsin – Mirhüseyn Musəvinin tərəfdarları etiraz aksiyası keçirir. Yəni bu nə “inqilab”, nə “yaşıl inqilab”dır. Aksiyalar zamanı səslənən şüarlardan isə görünür ki, bu aksiyalar heç də bütövlükdə rejimə qarşı tuşlanmayıb, söhbət sadəcə prezidentlik uğrunda mübarizədə hakimiyyətin bir cinahının digər cinahla oğurlanmış – özlərinin dediyinə görə - səsinin qaytarılması uğrunda savaşından gedir. Fikir verin, Musəvinin köməkçilərindən, yəni səlahiyyətli nümayəndələrindən biri İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymanidir. Əfşar Süleymani heç vaxt hakimiyyətə qarşı olmayıb. O, “Sepah”ın yetişdirdiyi bir kadr idi, sonradan Xarici İşlər Nazirliyinə işlədi. Başqa sözlə, bu proses bütövlükdə hakimiyyət daxilindəki narazılığın təzahürüdür”.
Ekspert deyir ki, İranın Ali Dini rəhbəri Ayətullah Xamneyi və Mahmud Əhmədinejat öz mövqelərindən çəkilməyəcəklər: “Xamneyi öz mövqeyini bəyanatlarla ortaya qoydu. Bir çoxları hesab edir ki, Musəvi qərbyönlüdür, demokratdır, islahat aparacaq. Ancaq hadisələrin gedişi göstərdi ki, o, Xatəminin başqa formada təkrarıdır. Sadəcə olaraq, ölkədəki mövcud rejimdən cana doyan insanlar var ki, onlar da küçələrə çıxaraq etirazlarını bildirirlər”.
İran rəhbərliyinin baş verənlərdə xarici qüvvələrin əlinin olmasını, xüsusən bu məsələdə ABŞ-ın günahlandırmasına gəlincə, politoloq bunun düzgün olmadığını deyir: “Orada bir Milli Müqavimət Şurası var, başçısı Məsud Rəcəvidir. Ancaq Rəcəvinin, Musəvinin və Əhmədinejatın bir-birindən fərqi sadəcə olaraq şəxsiyyətlərindədir. Musəvi də bu rejimin – islam respublikasının qalmasının tərəfdarıdır. O yalnız deyir ki, “Əhmədinejat, sən ölkəni yaxşı idarə edə bilmirsən, biz daha yaxşı idarə edərik”. Rəcəvi də onun kimi. O, heç də indiki rejimdən fərqli ideologiya irəli sürmür. Onun da ideologiyasının əsası, dayağı İslam inqilabıdır. Onların proqramında kəskin inqilabi şüarlar, yaxud buna bənzər bir şey yoxdur. Həmçinin proqramlarında da islahatçı bir şeyə rast gəlmək olmur”.
Sədrəddin Soltanın qənaətincə, İran hakimiyyəti kimi rejimlərdə müxalifət ancaq onun içərisindən çıxa bilər. Çünki kənardakı müxalif qüvvələr ölkənin daxilində deyillər və onların nüfuzunun nə qədər olduğu bəlli deyil: “Hakimiyyətin içərisində artıq yeniləşmənin baş verməsini istəyən qüvvələr var. İran yeniləşməlidir, orada islahatlar keçirilməlidir. Bu islahatları kim aparacaq və necə aparacaq – bu, artıq sonrakı mərhələdir. Hər halda, Xatəmi buna cəhd etsə də, alınmadı, indi Musəvi hansısa formada Xatəmi ilə birləşib müxalif qüvvə yarada bilərlər. Bu hal mümkündür. Qeyd olunanlar isə İslam Respublikasında islahatların aparılmasına və demokratikləşməyə təkan verə bilər. Ancaq əgər repressiya aparatı işə düşsə, insanları assalar, beynəlxalq aləm də bu məsələlərə seyrçi mövqeyində yanaşsa, onda vəziyyət tamam başqa cür olacaq. Bütün bunlar isə İranın atom nüvə proqramından da dəhşətlidir”.
Pərvin ABBASOV

1217