Mahmud Əhmədinejad yenidən İran prezidenti oldu
APA-nın İranın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, səsvermənin başa çatması və seçki məntəqələrinin bağlanması barədə rəsmi məlumat verildikdən sonra Əhmədinejadın seçki qərargahı qələbəsini elan edib.
İlkin məlumatlara görə, M. Əhmədinejad seçicilərin 65 faizinin səsini alıb. Onun əsas rəqibi, islahatçı Mirhüseyn Müsəvi isə 32 faiz səs qazana bilib. Digər iki namizəd isə cüzi miqdarda səs toplayıb.
Mərkəzi Seçki Komissiyasının sədri Kamran Daneşco seçkilərdə 35 milyon seçicinin iştirak etdiyini bildirib. Bu isə ümumi seçicilərin sayının 75-80 faizi deməkdir.
Qeyd edək ki, namizədlərdən birinin ilk turda qalib gəlməsi üçün seçicilərin 50 faizinin səsini alması tələb olunur.
Artıq M. Əhmədinejad da seçkilərdə qələbə qazandığını rəsmi elan edib. Lakin Mirhüseyn Musəvi seçkilərin nəticələrinin saxtalaşdırıldığını bildirib və seçkilərdə özünün qalib gəldiyini söyləyib. O, seçici fəallığının yüksək olduğunu bildirib, səsvermə müddətinin uzadılmasına baxmayaraq, bütün seçicilərin səsvermədə iştirak edə bilmədiyini vurğulayıb.
Dünən səsvermə başa çatdıqdan sonra Tehran küçələrində nəticələrlə razılaşmayan Musəvinin tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında toqquşma olub. Ölkədə yarana biləcək gərginliyin qarşısını almaq üçün İran rəhbərliyi seçkilərinin nəticələri rəsmi elan olunana qədər etiraz aksiyalarını və küçə yürüşlərini qadağan edib.

1070