Dünyanın ən yaşlı qadını Limpopoda vəfat edib
İyunun 4-də Cənubi Afrika Respublikasında dünyanın ən yaşlı qadını vəfat edib.
Lent.az-ın “Mail & Guardian” qəzetinə istinadən verdiyi məlumata görə, Limpopo əyalətinin baş naziri Kassel Matale Moloko Temo adlı qadının 135 yaşı olduğunu bildirib. Moloko Temo bütün ömrünü Limpopoda keçirib.
Matale bildirib ki, qadın əsl demokrat və CAR-ın azadlığının müdafiəçilərindən olub: “Biz fəxr edirik ki, Moloko Temo 2009-cu il aprelin 22-də keçirilən ümumi seçkilərdə şəxsən iştirak edib”.
Temonun yaşı rəsmən təsdiq edilmədiyindən Ginnesin rekordlar Kitabına salınmayıb. Bu kitabdakı rəsmi məlumata görə, hazırda dünyanın ən yaşlı qadını Los-Ancelesdə yaşayan Qertruda Beynsdir. Onun 115 yaşı var.

Oxşar yazılar

Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42
ABŞ İrana yeni hava hücumuna hazırlaşır - İDDİA
3 iyul 2025 , 13:33
Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək?
3 iyul 2025 , 01:38
İnanılmaz İDDİA: Deportasiya edilən adamyeyən təyyarədə özünü yedi
2 iyul 2025 , 18:02
50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49