Naqasakiyə atom bombası atan ikinci pilot da öldü
05 iyun 2009 16:45 (UTC +04:00)

Naqasakiyə atom bombası atan ikinci pilot da öldü

1945-ci il avqustun 9-da Yaponiyanın Naqasaki şəhərinə atom bombası atan “B-29” bombardmançı təyyarəsinin ikinci pilotu 88 yaşında ABŞ-da vəfat edib. Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, baş leytenant Çarlz Donald Olbari Florida ştatının Orlando şəhərinin xəstəxanasında ürək çatışmazlığından vəfat edib.

Çarlz Donald Olbari hələ mayın 23-də vəfat edib. Amma onun ölümü barədə ancaq indi məlumat yayılıb.

Olbari Naqosakinin bombardmanından üç gün əvvəl Xirosima şəhərinə atom bombası atılmasında da iştirak edib. O, birinci bombardman zamanı köməkçi təyyarənin ekipajında olub. Bu təyyarənin vəzifəsi partlayışın gücü və radioaktiv şüalanmanın təsirini ölçmək üçün partlayış ərazisinə xüsusi qurğuların atılması olub.

Müharibədən sonra Olbari “Eastern Airlines” sərnişin aviaşirkətinin ekipaj komandiri işləyib. O, Naqosakiya bomba atan təyyarənin vəfat edən dördüncü ekipaj üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1553

Oxşar yazılar