Öldürülən jurnalistlər haqqında filim çəkilib
“Balibo” siyasi trilleri BMİ-nin Dünya Konqresində nümayiş olunacaq
İyunun 6-9-da Helsinkidə keçiriləcək Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) Dünya Konqresində və 58-ci Baş Məclisində “Balibo” filmi nümayiş olunacaq. Azərbaycandakı Beynəlxalq Avrasiya Mətbuat Fondunun İnformasiya Departamentindən Lent.az-a verilən məlumata görə, film 1975-ci ildə Şərqi Timorda İndoneziya əsgərləri tərəfindən beş jurnalistin öldürülməsi hadisəsindən bəhs edir.
Siyasi triller beş həmkarının qətlini araşdırmaq üçün Şərqi Timora gedən və orada öldürülən avstraliyalı Rocer İstin dilindən aktyor tərəfindən danışılır. Konqresin nümayəndələrinə və iştirakçılarına iyunun 8-də xüsusi olaraq filmin qısaldılmış variantı təqdim ediləcək.
BMİ-nin direktoru Deyvid Dədc filmin çəkilməsini və geniş auditoriyaya təqdim olunmasını belə qiymətləndirib: “Biz bu dəhşətli cinayətlərin geniş auditoriyaya təqdim olunmasında iştirak etməyimiz üçün fəxr edirik. Filmin İndoneziya hakimiyyət orqanlarını nəhayət ki, öz fəaliyyətlərini beynəlxalq insan haqları üzrə öhdəliklərlə uyğunlaşdırmağa sövq edəcəyinə və cinayətkarların cəzalanacağına ümid edirik”.
Xatırladaq ki, 1975-ci ilin oktyabr ayında, Yeni Zelandiyadan, Böyük Britaniyadan olan həmkarları ilə birgə beş avstriyalı jurnalist indoneziyalıların basqınları haqqında məlumat toplamaq üçün üçün Balibonun kiçik Şərqi Timores kəndinə səyahət ediblər. Onlar sərhədə yaxın ərazidə İndoneziya qoşunlarına rast gəlirlər və oktyabrın 16-da Baliboya hücum edən İndoneziya hərbçiləri beş avstriyalı jurnalisti qətlə yetiriblər. Şahidlərin verdiyi məlumata görə, jurnalistlər məhz Baliboda gördüklərini yazmamaq üçün öldürülüblər.
Bir neçə həftədən sonra “Balibo beşliyinin” yoxa çıxmasının səbəbini araşdırmaq üçün Şərqi Timora səyahət edən Rocer İsti isə son dəfə 1975-ci ilin dekabrında görüblər. İndoneziyalı əsgərlər onu qolları arxadan bağlı halda Şərqi Timorun paytaxtı Dili şəhərinin meydanında sürüyürmüşlər. Güman edilir ki, o, Timores kəndinin sakinləri kimi şəhərin körpüsündə edam edilib və meyiti dənizə atılıb.
Pərvin ABBASOV

1679