5 dalaqlı qız
22 may 2009 13:45 (UTC +04:00)

5 dalaqlı qız

6 yaşlı qızın ürək döyüntüləri kürəyindən hiss olunur

İngiltərədə 6 yaşlı qızın 5 dalağının, 2 sol ağciyərinin olduğu müəyyənləşib.


Lent.az-ın “Daily Mail” qəzetinə istinadən məlumatına görə, 6 yaşlı Betaninin mədəsi və qaraciyəri də tərsinədir. Qızcığazın ürək döyüntüləri də həddən artıq sürətlidir. Ürək döyüntüləri kürəyindən hiss edilir. Onun ürəyində deşik də var.

Kənardan normal insan təsiri bağışlayan qızın daxili orqanlarındakı problem o, hələ ana bətnində olanda məlum olub.

Onun normaldan xeyli kiçik olan 5 dalağı qanı kifayət qədər süzə bilmədiyi üçün səhhətində ciddi problemlər yaradır. Qızın 37 yaşlı anası övladının çox tez yorulduğunu, xəstələnəndə gec sağaldığını söyləyib.

Betaninin 19, 17 və 13 yaşlarında 3 qardaşı var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1692

Oxşar yazılar