11 aylıq əkizlərin atalarının fərqli olduğu üzə çıxdı
Anası onlardan birinə hamilə ikən başqa kişi ilə görüşüb
ABŞ-da 11 ay əvvəl dünyaya gələn əkiz uşaqların atalarının fərqli olduğu üzə çıxıb.
Lent.az-ın “Telegraph” qəzetinə istinadən məlumatına görə, Texas ştatında yaşayan
Mia Vaşinqtonla nişanlısı Ceyms Harrisonun əkiz uşaqları dünyaya gəlib.
Castin və Cordan adlı əkizlər 11 aylıq olarkən valideynləri uşaqların üz quruluşlarının tamam fərqli olduğunun fərqinə varıblar. Onlar körpələri DNT testindən keçiriblər. Məlum olub ki, uşaqların atası eyni adam deyil.
Mia Vaşinqton hamilə olanda başqa bir kişi ilə əlaqəyə girdiyini etiraf edib. O, “əkiz övladlarımın ataları fərqlidir, belə bir hadisə nəinki Amerikada, heç bütün dünyada olmayıb, bundan sonra da olmayacaq, gələcəkdə həqiqəti uşaqlara deyəcəyəm, amma digər uşağın atasına heç nə deməyəcəyəm”, - deyib.
Onun nişanlısı da Mianı bağışladığını, uşaqları bərabər böyüdəcəklərini söyləyib.
Həkimlər və mütəxəssislər isə indiyədək belə bir vəziyyətlə qarşılaşmadıqlarını, bunun ilk və son olduğunu təxmin etdiklərini bildiriblər.

Oxşar yazılar

Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42
ABŞ İrana yeni hava hücumuna hazırlaşır - İDDİA
3 iyul 2025 , 13:33
Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək?
3 iyul 2025 , 01:38
İnanılmaz İDDİA: Deportasiya edilən adamyeyən təyyarədə özünü yedi
2 iyul 2025 , 18:02
50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49