Tbilisidə NATO təlimləri keçirilir
Gürcüstanın Vaziani hərbi bazasında NATO-nun “Cooperative Longbow 2009” hərbi təliminə start verilib. Gürcüstanın müdafiə naziri Vasil Sixarulidzenin də iştirak etdiyi mərasimə Azərbaycan da daxil olmaqla 14 ölkədən hərbçilər qatılıb. Bu barədə Lent.az Gürcüstan Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən məlumat verir.
Nazir bildirib ki, ötən ilin avqust ayında baş vermiş müharibə və Gürcüstanın itkilərinə baxmayaraq gürcü ordusunda islahatlar müvəffəqiyyətlə aparılır.
NATO-nun Madriddəki Quru Qüvvələri Komponentinin komandanı generalı Kayetano Miru Valls bildirib ki, təlim iştirakçıları planlaşdırma, koordinasiya və əməkdaşlıq məsələlərini nəzərdən keçirəcəklər.
“Cooperative Longbow 2009” hərbi təliminin PfP proqramına daxildir və 2001-ci ildən Gürcüstanda keçirilir. Təlimin məqsədi böhranlara cavabvermə və sülh şəraitində birgə əməliyyatlar aparmağa yönəlib. Təlimdə Gürcüstan hərbçiləri də daxil olmaqla 14 ölkədən 1 100 əsgər və zabit iştirak edir.
Rəşad Süleymanov

Oxşar yazılar

TikTokla bağlı son gün - Tramp sabah qərar verəcək
2 aprel 2025 , 05:57
ABŞ-a viza almaq istəyənlərin nəzərinə - Sosial media hesabları yoxlanılacaq
2 aprel 2025 , 03:31
Boykot çağırışı edənlərə bəd xəbər - Prokurorluq araşdırma başlatdı
2 aprel 2025 , 01:58
Sabiq Baş Qərargah rəisinə qarşı cinayət işi açıldı - Rusiyadan yararsız texnika alıb
1 aprel 2025 , 22:42
Tramp üçüncü dəfə prezident olacaq? - Açıqlama
1 aprel 2025 , 03:49
ABŞ-dan Çinə sanksiyalar - Bu şəxslərə məhdudiyyət qoyuldu
1 aprel 2025 , 02:20
İsrailli nazir istefa verdi - SƏBƏB
1 aprel 2025 , 01:20