“Eurovision”da “donuz qripi” panikası!
08 may 2009 17:00 (UTC +04:00)

“Eurovision”da “donuz qripi” panikası!

Qonaqlar hamısı yoxlamadan keçəcəklər
Moskva həkimləri “Eurovision-2009” mahnı müsabiqəsinə gələn tamaşaçıların “donuz qripi” xəstəliyini yaymasından qorxurlar. Lent.az-ın Life.ru-ya istindən məlumatına görə, məsələ ilə bağlı “təcili yardım” komissiyası yaradılıb. Müsabiqə müddətində 54 qrup hərəkətə keçəcək. Həkimlər üçün “qızğın iş” 16 may final günü olacaq. Şəhər həkimləri bir balaca şübhəli görünən tamaşaçını dərhal nəzarətə almaq tapşrığı alıblar.
- Donuz qripi simptomu adi qrip kimidir, öskürək, zəiflik yaradır, buna görə də onların təcili yoxlanmağa ehtiyacı var, - təcili yardım əməkdaşı xəbər verib.
Ən çox diqqət Almaniya, Danimarka, İrlandiya, İspaniya, Hollandiya, Portuqaliya, Fransa və İsveçrəli qonaqlara ayrılacaq. Bu ölkələrin laboratoriyalarında ölümcül qrip virusu aşkar olunub.
Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1421

Oxşar yazılar