Gürcüstanda rus dilli telekanal bağlanıb
21 oktyabr 2012 00:49 (UTC +04:00)

Gürcüstanda rus dilli telekanal bağlanıb

Gürcüstanda fəaliyyət göstərən rus dilli «PİK» telekanalı qapadılıb.

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, bu şirkətdə işləyən 400 işçi işsiz qalıb. Telekanalın informasiya xidmətinin rəhbəri Yekaterina Kotrikadze bildirib ki, bu Gürcüstanda yaşayşan «az saylıların etnik qrpuların haqlarının tapdanmasıdır». Bununla belə «PİK»-in «onlayn» yayımı davam edəcək.

Bu telekanalın yaranması ideyası prezident Mixail Saakaşviliyə məxsusdur. «PİK»-in rusca açması belədir – «Pervıy İnformatsionnıy Kavkazskiy» («Qafqazın Birinci İnformasiyası»).
«PİK» ilk növbədə Rusiyanın tərkibində olan Şimali Qafqaz respublikaları üçün Gürcüstan hakimiyyətinin «təbliğat tribunası» rolunu oynayıb.

Yerli mütəxəssislər hesab edir ki, kanalın bağlanması yeni hakimiyyətin Rusiyaya qarşı təbliğat aparmaq istəməməsini göstərir.

Kotrikadez isə bunu ölkədə hakimiyyət dəyişкiliyi ilə bağlanmasını yanlış adlandırıb:«Mübahisə sabihkarlıq subyektləri arasındadır».
# 797

Oxşar yazılar