Dünyaca məşhur model Bella Hadidin “Ağciyər” adlı boyunbağısı 74-cü Kann Film Festivalına öz damğasını vurub.
Lent.az-ən xarici KİV-ə istinadən məlumatına görə, Bella Hadid “Tre Piani” filminin qalasına dekolteli, uzun, qara paltarda qatılıb.
Qırmızı xalıdan keçən məşhur modelin istifadə etdiyi aksessuar beynəlxalq moda dünyasında gündəm olub. Qara paltar və taxdığı boyunbağı ilə bütün diqqətləri öz üzərinə çəkib.
Boyunbağın qiymətinin on minlərlə dollar olduğu təxmin edilir.
Sevinc Nurəddinova