Hər qadının dolabında bu büstqalter modellərindən mütləq olmalıdır. Lent.az xarici KİV-ə istinadən bildirir ki, bədən tipinə görə büstqalter seçimi etmək lazımdır. Bundan başqa, bu alt paltarlarını hansı geyimlə geyilə biləcəyinizi bilməkdə fayda var.
Qadınlar üçün alt geyim xüsusən əhəmiyyətlidir. Geyindiyiniz paltarın gözəl görünməsi üçün vacib olan əsas nüanslardan biri də büstqalterlərdir. Hansı paltar ilə hansı büstqalterin daha uyğun olduğunu bilmək geyimlərinizə və görünüşünüzə gözəllik qatacaq.
Straplez
Bu modellərə xüsusilə yayda müraciət edirlər. İpli, ya da ipsiz paltarlar geymək istədiyinizdə büstqalterin iplərinin görünməsi elə də yaxşı hal sayılmır. Ona görə də açıq-saçıq paltar geyərkən bu modellərdən istifadə etmək lazımdır.
Dolqulu
Dolqulu büstqalteri ümumiyyətlə kiçik sinəsi olan qadınlar daha çox sevir. Sinələrin daha böyük görünməsini təmin etmək üçün xüsusi dizaynda hazırlanıb. Bu modellər sinəsi kiçik olan qadınların dolabında mütləq olmalıdır.
Push - up
Bu modellərin xüsusiyyəti isə sinələri bir az daha yuxarıya qaldırmasıdır.
Bu səbəbdən daha dik bir sinə görünüşü əldə etmək istədiyinizdə seçiminizi bu dizaynlı alt geyimlərlə edə bilərsiniz. Tikişsiz dizaynı olan parçalar isə ən incə paltarların altında belə inamla istifadə edilə bilər və iz buraxmaz.
Toparlayıcı (minimizer)
Təxmin etdiyiniz kimi toparlayır, yığcam görsədir, sinəsi sallaq, böyük olan qadınlar daha çox istifadə edir.
Slim fit dar köynəklər istifadə edəcəyiniz zaman bu büstqalterlərə ehtiyacınız olacaq. Bu səbəblə şkafınızda bir neçə ədəd də olsa toparlayıcı alt geyiminiz olmalıdır.
Tişört - Köynək
Büstqalter növləri arasında şübhəsiz ən çox seçilənlərdən biri də tişört modelləridir.
İncə parçalardan tikilmiş köynəklərlə birlikdə istifadə üçün hazırlanan bu modellər ümumiyyətlə sadə və düz bir görünüşə sahib olmağınıza kömək edir. Xüsusiyyəti isə köynək altında iz buraxmır və qüsursuz görsədir.
Silikon
Silikon materialdan hazırlanan bu büstqalterlər isə sinələrə yüngülcə yapışır və sürüşmədən uzun müddət istifadə edilə bilir.
Kürəyi açıq paltarlar seçdiyinizdə büstqalterin kürək nahiyənizdə görünməsini önləmək üçün bu modellərə böyük ehtiyac var.