Dünyada ən populyar geyim və ayaqqabılar
05 avqust 2025 13:28 (UTC +04:00)

Dünyada ən populyar geyim və ayaqqabılar

Moda platforması Lyst-in mütəxəssisləri dünyada alıcılar tərəfindən ən çox seçilən geyim, ayaqqabı və aksesuarların siyahısını açıqlayıblar.

Lent.az-ın xarici mətbuata istinadla xəbərinə görə, siyahıya yay ayaqqabıları, əsas köynəklər, klassik şortlar, baletkalar, idman ayaqqabıları və qeyri-adi bəzək əşyaları daxil edilib.

Lyst platformasının moda sənayesində istehlakçı davranışlarını təhlil edən mütəxəssislərinin məlumatına görə, bu məhsullar dünyada ən populyar hesab olunur. The Row markasının Dune adlanan şipapları (vietnamkaları) alıcılar arasında ən çox arzulanan məhsul olub.

Reytinqin ikinci pilləsində isə Skims markasının əsas maykası yer alır. Qeyd edək ki, bu markanın təsisçisi amerikalı televiziya ulduzu Kim Kardaşyandır.

Üçüncü və dördüncü yerləri Adidas Originals Sprinter klassik şortları və Miu Miu markasının solğun rəngli zamş materialdan hazırlanmış loferləri tutub.

Beşinci yerdə Vibram markasının V-Soul idman ayaqqabıları,

Altıncı yerdə isə Iro brendinin yunan üslubunda baletkaları qərarlaşıb.

Bundan əlavə, siyahıya aşağıdakılar da daxil olub:

Juju Vera markasının qabıqlı boyunbağısı,

Isabel Marant-ın platformalı idman ayaqqabısı,

The Brand Hedy-nin çiyinbağsız libası,

Siyahının sonunda isə Prada brendinin Collapse Re-Nylon idman ayaqqabısı yer alıb.

Qeyd edək ki, daha əvvəl Lyst platformasının analitikləri Miu Miu italyan markasını dünyanın ən populyar brendi elan etmişdi.

The Row вьетнамки

лоферы Miu Miu из выцветшей замши

Sprinter Adidas Originals

ожерелье из ракушек Juju Vera

кроссовки на танкетке Isabel Marant

платье без бретелей The Brand Hedy.

Collapse Re-Nylon Prada

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 402

Oxşar yazılar