Yeniyetmənin nişanı ilə bağlı YENİ İDDİALAR: “Qızın 14, oğlanın 19 yaşı var”-FOTO -VİDEO -YENİLƏNİB
08 fevral 2021 15:30 (UTC +04:00)

Yeniyetmənin nişanı ilə bağlı YENİ İDDİALAR: “Qızın 14, oğlanın 19 yaşı var”-FOTO-VİDEO-YENİLƏNİB

Gürcüstanın Poniçala (Soğanlıq) adlanan ərazisində yaşayan azərbaycanlı ailənin övladları, 11 yaşlı qızla 15 yaşlı oğlanın nişanlanması ilə bağlı yeni məlumatlar əldə olunub.

Lent.az Gürcüstan mətbuatına istinadən məlumat verir ki,  araşdırma çərçivəsində Poniçaladan olan və nişanlı cütlüyün qohumu kimi özünü təqdim edən şəxs bildirib ki, danışılanlar və yayılanlar tamamilə yalan, yanlışdır.

"Bu nə nişan, nə də evlilikdir.  Sadəcə "sözkəsdidi". Qızın 14, oğlanın isə 19 yaşı var, yayılan məlumatlar yalandır. Onlar hələ bir neçə ildən sonra evlənəcəklər.  Sadəcə hələ ki aralarında "sözkəsdi" olub, vəssalam”.

Adının açıqlanmasını istəməyən həmin qohumun verdiyi məlumata görə, yeniyetmələr bir neçə il nişanlı qalıb yetkintilk yaşına çatan kimi nigaha daxil olmağı planlaşdırırlar.

Qeyd edək ki, sözügedən mərasimdən çəkilən foto və videolar sosial şəbəkədə geniş müzakirələrə səbəb olub.

***

Saat: 14:44

Lent.az Gürcüstanın Poniçala (Soğanlıq) adlanan ərazisində yaşayan azərbaycanlı ailənin azyaşlı övladına etdiyi nişan mərasimi ilə bağlı yeni məlumatlar əldə edib.

Belə ki, nişanı keçirilən qızın 11 yox 15 yaşı olduğu bəlli olub. Qızın nişanlısı, eyni zamanda dayısı oğlu olan və yayılan fotoda yanında duran oğlanın isə 17 yaşı olduğu deyilir.

***

Saat: 13:46

Lent.az Gürcüstanın Poniçala (Soğanlıq) adlanan ərazisində yaşayan azərbaycanlı ailənin azyaşlı övladını nişanından yeni görüntülər əldə etdi.

Videoda görünür ki, 11 yaşlı qız qonaqlara şirinçay paylayır. Görüntülərdən də göründüyü kimi azyaşlının üz ifadəsində heç bir təzyiq müşahidə olunmur.

Videonu təqdim edirik:

***

Saat:12:50

Gürcüstanın Poniçala (Soğanlıq) adlanan ərazisində yaşayan azərbaycanlı ailənin azyaşlı övladını nişanladığı oğlanın fotosu yayılıb.

Lent.az məlumat verir ki, 11 yaşlı qızı 15 yaşlı  dayısı oğlu ilə nişanlayıblar. 

***

Saat: 12:04

Gürcüstanın Poniçala (Soğanlıq) adlanan ərazisində yaşayan azərbaycanlı ailənin azyaşlı övladına etdiyi nişan mərasimi ilə bağlı yeni məlumatlar var.

Lent.az xəbər verir ki, 11 yaşlı qızı öz dayısı oğlu ilə nişanlayıblar.

***

Saat: 11:21

Gürcüstanda 11 yaşlı qız üçün nişan mərasimi keçirilib.

Lent.az xəbər verir ki, Gürcüstanın azərbaycanlılar yaşayan Poniçala (Soğanlıq) adlanan ərazisində bir ailə öz övladına nişan mərasimi təşkil edib. Sosial şəbəkələrdə yayılaraq böyük səs-küyə səbəb olan videonun 1 həftə öncə çəkildiyi bildirilir. Nişan mərasimində 11 yaşlı qızın ailəsi və qohumları da iştirak edib.

Məsələ ilə bağlı Xalq Müdafiəçisinin (Ombudsman Aparatı) Kvemo-Kartlidə gender məsələləri üzrə mütəxəssisi Mari Gvidianiyə də məlumat verilib.

Lent.az mövzunu davam etdirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 127569
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar