Tələbə yoldaşı ilə evlənən YAPON ŞAHZADƏSİ  adi vətəndaşa çevriləcək - FOTO
26 oktyabr 2021 06:11 (UTC +04:00)

Tələbə yoldaşı ilə evlənən YAPON ŞAHZADƏSİ adi vətəndaşa çevriləcək - FOTO

Taxtının varisi Şahzadə Akişinonun qızı və imperator Naruhitonun qardaşı qızı Yapon şahzadəsi Mako çərşənbə axşamı tələbə yoldaşı Kei Komuro ilə evlənəcək.

Lent.az xarici KİV-ə stinadən xəbər verir ki, toy mərasim keçirilməyəcək. Sadəcə nikah Tokio bələdiyyələrindən birində İmperator Administrasiyasının nümayəndəsi tərəfindən qeydə alınacaq. 

Nikahdan sonra yeni cütlük mətbuat nümayəndələri ilə görüşəcək. Lakin jurnalistlərin əvvəlcədən verilən suallarına yazılı cavab veriləcək. Bu format şahzadənin toyla bağlı stress keçirməməsi məqsədilə seçilib.

Toydan əvvəl Mako valideynlərinə (Akişino və Şahzadə Kiko), həmçinin, babası və nənəsinə (keçmiş İmperator Akihito və onun həyat yoldaşı Mitiko) baş çəkib. 

Qeyd edək ki, bu görüş vida xarakteri daşıyır, çünki evləndikdən sonra Mako imperator ailəsini tərk edir və Yaponiyanın adi vətəndaşına çevrilir. 

Xatırladaq ki, şahzadə və tələbə yoldaşı Komuronun toyu əvvəlcə 2018-ci ilin noyabrına planlaşdırılmışdı. Lakin Komuronun ailəsindəki bir sıra maliyyə hesabatları ilə bağlı yaranmış mübahisələr toyun təxirə salınmasına səbəb olmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11559
avatar

Oxşar yazılar