Misirli sevgilisi Mohəmməd Alsaloussidən ayrılan Şeyma Subaşının yeni münasibətə başladığı iddia olunur.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, türkiyəli sosial şəbəkə fenomeni Şeymanın adı indi isə iş adamı Hakan Sabancı ilə anılır.
Onlar Yunanıstanda yaxın dostlarının toyunda birlikdə görüntüləniblər. Daha sonra Türkiyəyə qayıdan ikili İstanbulun Bebek səmtində görüşüb. Bundan sonra onların sevgili olduğu barədə xəbərlər yayılıb. Ancaq ikili hələlik heç bir açıqlama verməyiblər.
Xatırladaq ki, Şeyma Subaşının iş adamı Acun Ilıcalı ilə nikahından Melisa adlı qızı var.