Sevgililərin cəhənnəmdə vüsalı: Ukraynada müharibə zamanı  10 mindən çox gənc   evlənib - FOTO
16 mart 2022 18:56 (UTC +04:00)

Sevgililərin cəhənnəmdə vüsalı: Ukraynada müharibə zamanı 10 mindən çox gənc evlənib - FOTO

Ukraynada 21 gündür davam edən müharibə zamanı 10 683 cütlük evlənib.
 
Lent.az-ın Ukrayna mətbuatına istinadən məlumatına görə, bu barədə ölkənin Ədliyyə Nazirliyi xəbər yayıb.

Bildirilir ki, artıq üç həftədir davam edən müharibə zamanı 10 767 körpə dünyaya gəlib. 

Çətin anlarda belə ukraynalılar ruhdan düşmürlər. Onlar sevib-sevilməyə, gələcək üçün planlar qurmağa və uşaq sahibi olmağa davam edirlər. 


 

# 3066
avatar

Sevinc Fərid

Oxşar yazılar