Məşhur aktyor Devrim Özkan son dövrün ən çox danışılan adları arasındadır. Gözəl aktrisa sosial şəbəkədəki paylaşımları ilə olay yaradır. Özkanın adı "Qalatasaray"ın ulduzu Lukas Torreyra ilə eşq iddialarında hallanırdı. Onların sosial şəbəkələrdəki paylaşımları çaşqınlıq yaradıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, mövsümün əvvəlində İstanbul klubuna transfer edilən uruqvaylı ulduz Torreyranın adı məşhur aktyor Devrim Özkanla eşq iddialarına qarışmışdı.
Lukas Torreyranın məşhur aktyor Devrim Özkanla eşq yaşadığına dair iddialar var idi. Daha doğrusu, Özkan futbolçunun evində tanış olduqları və nahar etdikləri gecədən foto paylaşıb. Bu paylaşımdan sonra cütlük Musleranın həyat yoldaşının ad gününə də birlikdə qatılıb.
Hadisələrdən sonra Torreyra ilə Devrim Özkan arasında sevgi iddiaları güclənərkən məşhur futbolçu ilə Devrim Özkan bir-birinin ardınca paylaşımlar ediblər. Devrim Özkanın paylaşımı beyinləri çaşdırıb. Özkan, "Həyatımda tək şey işimdir və işimdən çox razıyam. Başqa bir izahım yoxdur. Təşəkkür edirəm", - tvitini atıb.
Devrim Özkan bu tvitdən sonra “Instagram”da Torreyranın təqibini dayandırıb.
"Qalatasaray"ın futbolçusu Lukas Torreyra ürəyi qırılan və ağlayan üz emojiləri ilə tvit paylaşıb. “Qalatasaray” azarkeşləri “Devrim Özkandan ayrıldınızmı?” kimi şərhlər yazaraq tvitin səbəbini öyrənməyə çalışıblar. Təcrübəli futbolçu tvitini paylaşdıqdan bir neçə dəqiqə sonra silib.