Gəlin toydan iki gün əvvəl öldü –  SƏBƏB
20 oktyabr 2021 06:11 (UTC +04:00)

Gəlin toydan iki gün əvvəl öldü – SƏBƏB

Böyük Britaniyada ölümcül xəstə gəlin, toya iki gün qaldıqda dünyasını dəyişib.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, 33 yaşlı müəllim Emma Luiza Lonqstaff və 32 yaşlı Liam Brediş 2020-ci ildə Meksikada evlənməyi planlaşdırırdılar, lakin COVID-19 pandemiyası səbəbindən mərasim təxirə salınmalı olub.

2021-ci ilin sentyabr ayında gəlinə xərçənf diaqnozu qoyulub. Bundan sonra cütlük toyu nə qədər mümkünsə tez etmək qərarına gəlib.

Mərasim oktyabrın 12-nə təyin olunub. Lonqstaff və Brediş fotoqraf və toy maşını kirayələyiblər, tort və çiçəklər haqda düşünüblər, amma heç birinə ehtiyac qalmayıb.

Qadının səhhəti sürətlə pisləşib və diaqnozdan beş həftə sonra ölüb. Ölümündən əvvəl huşsuz vəziyyətdə olduğu üçün birbaşa xəstəxanada nikah bağlamaq da mümkün olmayıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15102
avatar

Oxşar yazılar