Televiziya aparıcısı Ulrika Conson çox bəyəndiyi sevgililərinin milliyyətini açıqlayıb.
Lent.az “The Sun” portalına istinadən xəbər verir ki, aparıcı isveçli partnyorlarını ən yaxşı sevgili adlandırıb.
Consonun sözlərinə görə, isveçlilər çox seksualdırlar və intim münasibətlərində çox cəsarətlidirlər.
“İsveçlilərin ən bəyəndiyim xüsusiyyətlərindən biri də cinsi münasibətlər haqqında müzakirəni uşaqlar üçün qadağan etmirlər. Söhbət zamanı heç bir diskomfort hiss olunmur. Mən kişi ilə qadın arasındakı münasibəti ilk dəfə uşaq bağçasında beş yaşında olanda öyrənmişəm", - Ulrika bildirib.
Aparıcının sözlərinə görə, isveçlilərin utancaq olmaması, evdə tamamilə paltarsız gəzmələri və hər kəsə qarşı eyni, bərabər münasibəti göstərmələri onu çəkən amillər arasındadır.
“Skandinaviyalılar həyatın hər sahəsində bərabərliyə önəm verirlər. Onlar qadın və kişilərə qarşı eyni münasibəti göstərir, ayrıseçkilik etmirlər. Hər iki tərəf istəkləri haqqında birbaşa və aydın danışırlar", - aparıcı qeyd edib.