Təranə Qumral kimdir?  - Musanı zəbt edən, yalandan oğul dünyaya gətirən qadın
04 oktyabr 2024 20:15 (UTC +04:00)

Təranə Qumral kimdir? - Musanı zəbt edən, yalandan oğul dünyaya gətirən qadın

Lent.az “Bioqrafiya” rubrikasında müğənni Təranə Qumral barəsində məlumat  verir

- Təranə Qumral nə zaman və harada anadan olub?

Təranə Xeyrulla qızı İbrahimova (Qumral) 17 oktyabr 1966-cı ildə Zəngilan rayonunda anadan olub. 

- Təranə Qumral necə bir ailədə böyüyüb?

Ailədə üç bacı, iki qardaş olublar. Təranənin 5 yaşı olanda, anası ağır xəstəlikdən dünyasını dəyişib. Dəmir yolu idarəsində işləyən atası isə ikinci dəfə ailə qurmayıb. Anasızlığın əziyyətini çox çəkən Təranə müsahibələrinin birində o günləri xatırlayarkən deyir:

“Böyük bacım anamın şəkillərini heç vaxt bizə vermədi. O, şəkillərin hamısını yığıb gizlətmişdi ki, biz görüb pis olmayaq. Atam işdə olanda, gecələr elə qorxurdum ki. Bəzən yağış yağıb, göy guruldayanda, qaçıb stolun altına girərdik. Məktəbə gedərkən analı qızlara baxıb köks ötürərdim. Düşünürdüm ki, mənim də anam olsa, saçlarımı səliqə ilə darayıb yığardı”.

- Təranə Qumral şəhid bacısıdır?

Bəli. Təranənin qardaşı Firdovsi Məmmədov I Qarabağ müharibəsində həlak olub.
29 oktyabr 1993-cü ildə Təranənin böyüdüyü Zəngilan rayonu düşmən tərəfindən işğal olunur. 27 yaşlı Təranə ailəsi ilə birgə qaçqın düşür.

- Təranə Qumral neçə dəfə ailə qurub?

Təranə Qumral çox erkən yaşda ixtisasca hərbçi olan bir bəylə ailə qurub. Bu evlilikdən onun Qumral və Fidan adlı iki qız övladı olur. Ancaq iş elə gətirir ki, Təranə Almaniyada yaşayan ərindən ayrılmamış, tanınmış müğənni Musa Musayevlə ailə həyatı qurur. Bu nikahdan isə onların Sevgim adlı qızları dünyaya gəlir. Musa Musayev xalası qızı ilə evli olub. Təranə ilə evlənəndən sonra ondan ayrıldığı üçün Musanın anası və qardaşları heç vaxt Musa və Təranə ilə danışmayıblar. 

- Təranə Qumralın birinci əri ilə münasibəti var?

 O, keçmiş həyat yoldaşı ilə ayrılıq səbəblərini açıqlamayıb: 

"Birinci ərimdən özüm ayrılmışam. O məni psixoloji olaraq əzməyib. Niyə boşandığımız haqda danışmaq istəmirəm. O çox gözəl insandır. İnsanlar var ki, ayrılanda qarşı tərəfin üstünə böhtan atırlar ki, narkoman idi, içki içən idi. Amma mən istəmədim. Niyələrim isə mənə qalsın. 31 ildir ki, mən Musa Musayevlə evliyəm. Bu isə bir igidin ömrüdür".

- Təranə Qumralın qızları ataları ilə görüşür?

Təranə bildirib ki, qızlarının ataları ilə görüşməsinə heç zaman etiraz etməyib.

Bu barədə sualı Təranənin qızı Qumral belə cavablandırıb:

"Atamla münasibətim sıx olmasa da, vaxtaşırı gedib ona baş çəkirəm. Bacım Fidan onunla görüşmür. Anam Təranə xanım atamla görüşməyimə heç zaman etiraz etməyib. Təbii ki, atam bacım Fidanı görmək istəyir. Hətta Fidan və onun uşaqları ilə də telefonda videozəng vasitəsi ilə görüntülü də danışır. Amma bacımdan fərqli olaraq, mən atamla daha çox sıx əlaqədə oluram. O bizə gəlir, mən də gedirəm. Hətta kiçik bacım Sevgimi də atamla görüşəndə özümlə aparıram. Sevgim ona baba deyə müraciət edir. Axı, burada nə var ki? Atam evli olsa da, onun övladı yoxdur".

- Təranə Qumralın əri Musa Musayevin ailəsi onu nə üçün qəbul etmir?

Bu suala müğənni belə cavab verib:

“Musa öz xalası qızını boşayıb, məni alıb. Elə həmin gündən sonra hamısı mənə qarşı çıxıblar. Mənim uşaqlarım da bilirlər ki, bu, Musanın işi deyil. Musanın qardaşının və anasının işidir. Musa ömür boyu mənə "Mələyim" deyib. O, heç zaman məni adımla çağırmayıb.
 Musanın bütün qohumları ondan küsülüdürlər. Musa boynuna almasa da mən deyirəm ki, Musa hazırda qardaşları ilə küsülüdür. Əmisi ilə də lazım olanda danışır, lazım olmayanda danışmır. Onlar hazırda da danışmırlar. Amma o Musanın əmisidir və dəxli də yoxdur. Onların danışmamaqlarının səbəbi mənəm. Mənə görə danışmırlar. Niyə biz bunu gizlətməliyik ki? Elin, xalqın gözü tərəzidir. Onlar məni sevmədiklərinə görə Musa ilə danışmırlar”.

- Təranə Qumralla Musa Musayev bir dəfə boşanıb. Buna səbəb nə idi?

Təranə Musanın spirtli içkiləri tərgitməsi üçün çox fədakarlıqlar edib. Söyüşcül və qısqanc olan Musa Musayev hətta bir neçə dəfə Təranə xanımı döyüb.

2013-cü ildə Təranə və Musa cütlüyü ilə bağlı qalmaqallı xəbərlər səngimək bilmir. Belə ki, Musa evində başqa bir kişinin olduğunu iddia edir. Təranə isə deyilənləri inkar edərək Musadan boşandığını açıqlayır:

“Musadan boşanmağımın əsl səbəbi, onun külli miqdarda borcunun olması idi. Adamın nə qədər borcu olar? Borc ödəməkdən yorulmuşdum. Musa xəstə və psixi problemləri olan insandır. Onun dediklərini ciddiyə almayın. Mən ondan 3 il öncə boşanmışam. Amma Musa mənim qanunla həyat yoldaşım olub. Boşanma səbəbim isə borc pul üstə olub. Onun "Rang-Roveri” girovdadır. Çünki borcları başından aşıb-daşır. Əgər o məni aşnam ilə tutmuşdusa, niyə hər ikimizi elə qonşudaca öldürməyib?! Musa məni onla birgə yaşamaq istəmədiyim üçün döyüb, amma tüfənglə vurmaq istəməyib. O, məni çoxdan şantaj edirdi ki, ondan ayrılsam məni biabır edəcək”.

- Musa Musayev nə üçün Təranə Qumralı xəyanətdə ittiham edib?

Musa Musayev iddia edib ki,  arvadını şəmkirli biznesmenlə bir yataqda tutub. Təranə bu barədə belə deyib:

“Bütün Şəmkir qalxıb ayağa. Onların hamısı biznesmendir. Göstər, kimdir o adam? Hansı biznesmendir? O mənə şər atır. Adama deyərlər, əgər  məni tutmusansa, niyə öldürmədin? Tüfənglə gəlmisənsə, niyə vurmadın? Bəs sənin kişiliyin, qeyrətin haradadır, ay Musa? Mən güclü qadınam. Məni sındıra bilməzlər. Bütün sosial şəbəkədə qardaşları müsahibə verir. Gördünüz ki, mən özüm heç bir müsahibə vermədim. Heç öz qardaşıma və bacıma da imkan vermərəm ki, məsələ ilə bağlı bir fikir söyləsinlər. 
Mən Musanı sevirəm. Gələcəkdə də barışmaq haqda bir söz deyə bilmərəm, çünki uşaqlarımız var”.

- Təranə Qumralın qızları nə işlə məşğul olur?

Təranə Qumralın qızı Qumral anası kimi müğənnilik fəaliyyəti ilə məşğul olur. Onun şəhid qardaşının qızı Canana da bir müddət rəqqasəlik edib. Ancaq 2021-ci ildə Canana bibisinin xeyir duası ilə ailə quraraq rəqqasəliyini dayandırıb. Təranənin ikinci qızı həkim, kiçik qızı tələbədir.

- Təranə Qumralın  illər sonra oğlu doğulub?

Bu barədə efirdə danışsa da, Təranə bu işi şou olaraq təşkil etmişdi. Efirə çıxarıb övladımdır dediyi körpə onun deyilmiş.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 25644
avatar

Oxşar yazılar