Danışılmış oyunlara görə CİDDİ CƏZA - AFFA açıqladı
27 dekabr 2019 16:19 (UTC +04:00)

Danışılmış oyunlara görə CİDDİ CƏZA - AFFA açıqladı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda Birinci divizionda çıxış edən “Neftçi-2”, MOİK  və “Binə” futbol klublarının bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarlar müzakirə olunub.

AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubların adları göstərilən futbolçuları və digər futbol funksionerləri, o cümlədən futbolda hər hansı fəaliyyəti olmayan şəxslərin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub. Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq bütün adları göstərilən şəxslərin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulur:
 
“Qaradağ Lökbatan” (I Divizion)
1. Məmmərzayev Tural – futbolçu
 
MOİK (I Divizion)
1. Həsənov Orxan – futbolçu
2. Ağakərimzadə Yamin – futbolçu
3. Yaqubzadə Raul – futbolçu
 
"Forza Neftçi" (Futzal, I Liqa)
1. Məmmədov Elmir – məşqçi
 
“Keşlə”
1. Babayev Mehman  - məşqçi
2. Səfərov Asəf – klub rəsmisi
 
Qeyd edək ki, siyahıda sanksiyaya məruz qalan şəxslərin son klubları göstərilib.

# 1215
avatar

Oxşar yazılar