Bahar Muradovadan ilk açıqlama: "Siyahı təsdiqləndi" - YENİLƏNİB
27 dekabr 2019 16:35 (UTC +04:00)

Bahar Muradovadan ilk açıqlama: "Siyahı təsdiqləndi" - YENİLƏNİB

Bahar Muradova erkən parlament seçkilərində namizədliyini irəli sürmədiyini bildirib:

“Diqqətinizə çatdırmaq istəyirəm ki, bu dəfə namizəd deyiləm. Amma partiyamızın parlamentdə çoxluğu yenə də əldə etməsi üçün hamımız səylərimizi əsirgəməyəcəyik”. 

 

Saat: 15:45

"Erkən parlament seçkilərində iştirak edəcək namizədlərimiz bəllidir".

Lent.az xəbər verir ki, bu sözləri parlamentin vitse-spikeri Bahar Muradova qeyd edib. O bildirib ki, bu günlər Yeni Azərbaycan Partiyasının (YAP) namizədlər siyahısına olan diqqətlər birmənalı şəkildə ölkə gündəminə damğasını vurub:

"YAP İdarə Heyətinin bu gün keçirilən iclasında siyahı rəsmən təsdiq olundu. Qələbəyə köklənmişik. Qoy güclülər qalib gəlsin”.

# 3157
avatar

Firuzə Vahid

Oxşar yazılar