Azərbaycanda DƏHŞƏTLİ qəza: ölənlərin adları açıqlandı - YENİLƏNİB
27 dekabr 2019 13:10 (UTC +04:00)

Azərbaycanda DƏHŞƏTLİ qəza: ölənlərin adları açıqlandı - YENİLƏNİB

Şirvanda baş verən yol qəzasında ölənlərin adları məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, bunlar Salyan rayonu, Marışlı kənd sakini, 42 yaşlı Zeynalova Pərvanə Saleh qızı, Tərtər rayon sakinləri - 62 yaşlı Zeynalova Zöhrə Oruc qızı, 66 yaşlı Dadaşova Eyzangül Kərəm qızı və 34 yaşlı Şamilov Qadir Cəfər (sürücü) oğludur.

***

10:51

Xəbərə fotolar əlavə edilib

***

Saat 10:46

Şirvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Şirvanın girişində qeydə alınıb. “Hyundai” markalı, 90 OT 031 dövlət nömrə nişanlı avtomobil şəhərin girişindəki beton lövhəyə çırpılıb.

Qəza nəticəsində 4 nəfər ölüb.

# 50570
avatar

Oxşar yazılar