Bizim opera səhnəsində italyanların və belarusların “Toska”sı
18 aprel 2019 09:17 (UTC +04:00)

Bizim opera səhnəsində italyanların və belarusların “Toska”sı

 

Mayın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə İtaliyanın Azərbaycandakı səfirliyinin birgə mədəni proqramı çərçivəsində  Cakomo Puççininin  “Toska” operasının tamaşası olacaq.

Lent.az-ın məlumatına görə, Toska partiyasını tanınmış italyan opera müğənnisi Silvana Froli ifa edəcək. Qeyd edək ki, S.Froli Almaniya, Belçika, Norveç. İngiltərə, İspaniya, ABŞ və s. ölkələrin opera teatrlarında uğurlu çıxışlar edib.

Kavaradossi partiyasını isə vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, hazırda İtaliyada yaşayan və fəaliyyət göstərən Vitali Kovalçuk ifa edir.

Belarus Milli Akademik Böyük  Opera və Balet Teatrının solisti, Belarusun Əməkdar artisti Vladimir Qromov tamaşada Skarpia rolunda çıxış edəcək.

Operanı tanınmış italyan dirijoru, Makedoniya Dövlət Opera və Balet Teatrının dirijoru, professor Yakopo Sipari di Peskasseroli idarə edəcək. O həmçinin Qətər filarmonik orkestrinin, İstanbul Milli simfonik orkestrinin, Belqrad Milli Teatrı orkestrinin və Meksika simfonik orkestrinin dəvət olunmuş dirijorudur.

Tamaşada həmçinin Opera və Balet Teatrının solistləri - Xalq artistləri Əli Əsgərov, Əkrəm Poladov, Əməkdar artistlər Cahangir Qurbanov, Əliəhməd İbrahimov və b. çıxış edəcəklər.

 

# 766
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar