Bugünlərdə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qızılca xəstəliyi ilə bağlı yeni hesabat açıqlayıb. Hesabatda dünyada qızılcaya yoluxma sayının sürətlə artdığı bildirilir.
ÜST bəyan edib ki, qızılcaya yoluxanların sayı bu ilin ilk 3 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 dəfə artıb.
Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Konqo, Efiopiya, Sudan, Tayland və s. ölkələrdə qızılcanın daha çox yayıldığı, epidemiya halını aldığı vurğulanıb. Qeyd olunub ki, qızılca uşaqlar da daxil olmaqla, çoxlu sayda insanın ölümünə səbəb olub.
Bəs Azərbaycanda necə, epidemiya təhlükəsi varmı?
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva
Lent.az-ın canlı yaymında bu və başqa suallarımızı cavablandırıb.