Peterburq Bakıya “Günahın o biri tərəfi"ni gətirib
05 aprel 2019 09:32 (UTC +04:00)

Peterburq Bakıya “Günahın o biri tərəfi"ni gətirib

Boris Eyfmanın Sankt-Peterburq Dövlət Akademik Balet Teatrı aprelin 25-də ilk dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində "Günahın o biri tərəfi" adlı tamaşasını oynayacaq. 
 
Lent.az-ın teatrdan aldığı məlumata görə, tanınmış balet truppasının Bakıda qastrolları X beynəlxalq M.Rostropoviç festivalı çərçivəsində baş tutacaq. 
B.Eyfmanın R.Vaqner, M.Musorqski və S.Raxmaninovun musiqisi əsasında səhnəyə qoyduğu "Günahın o biri tərəfi" baleti  M.Dostoyevskinin "Karamazov qardaşları" romanının xoreoqraf tərəfindən yeni versiyada səhnə həllidir. Qeyd edək ki, Eyfman tamaşaya ilk quruluşu 1995-ci ildə verib. 
Baletin Sankt-Peterburq şəhərində premyerası 29 aprel 2013-cü ildə böyük uğurla olub.
 
# 823
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar