Uşaqlar üçün sərgi və tamaşa olacaq
01 aprel 2019 19:19 (UTC +04:00)

Uşaqlar üçün sərgi və tamaşa olacaq

Aprelin 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Beynəlxalq Uşaq Kitab Gününə həsr olunmuş uşaq kitab sərgisi açılacaq.

 

F.B.Köçərli adına Respublika Uşaq Kitabxanasından Lent.az-a verilən məlumata görə, kitabxananın təşkilatçılığı ilə keçiriləcək tədbir çərçivəsində H.X.Andersenin “Qar Kraliçası” tamaşası da təqdim olunacaq.

 

Tədbirin keçirilməsində məqsəd, uşaqların və yeniyetmələrin intellektual inkişafında kitabın rolunu artırmaq, kitaba sevgi aşılamaq, mütaliəyə maraq oyatmaqdır.

# 887
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar