Niyə bəzi qadınlar  xoş söz   eşitməyi sevmir? - MARAQLI SƏBƏB
25 aprel 2024 16:55 (UTC +04:00)

Niyə bəzi qadınlar xoş söz eşitməyi sevmir? - MARAQLI SƏBƏB

Ümumiyyətlə qəbul edilir ki, kişilər həqiqətən tərifə, xoş sözə ehtiyac duymurlar, lakin qadınlarda belə deyil. Ona görə "qadınlar qulaqla sevir" deyimi var. Amma elə qadınlar var ki, bu cür sözləri şübhə, inamsızlıqla yanaşır, onların ünvanına deyilən xoş sözləri belə qəbul edə bilmirlər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin Bar-İlan Universitetinin əməkdaşları bu sual üzərində düşünüblər.

Səbəb nədir?

Tədqiqatçıların fikrincə, kişilər bacarıqlarına, təcrübələrinə və qabiliyyətlərinə görə kompliment alırlar. Qadınlar əsasən xarici görünüşünə görə təriflənirlər. Amma qadın öz üzərində işləməyə, bədən formasına baxmaq və hətta özünü başqaları ilə müqayisə etməyə məcbur olduğu üçün onun təfəkkürü ləngiyir. Aparılan araşdırma zamanı məlum olub ki, xarici görünüşünə görə təriflər alan insanlar riyaziyyatda daha pis nəticə göstəriblər.

Alimlər də belə qənaətə gəliblər ki, qadınların xarici görünüşü ilə bağlı bu cür ifadələr qadınları yorur. Digər bir araşdırma göstərib ki, yersiz komplimentlər qadınlarda narahatlıq və depressiyaya səbəb olur.

Nəticə:

Əksər hallarda cəmiyyət qadını təvazökar və cazibədar görür. Komplimentlər müəyyən gərginlik yaradır, çünki görünüş haqqında sözlər çox vaxt cinsi münasibətlərlə əlaqələndirilir. Alimlər deyirlər ki, komplimentlər zərərsiz olsa belə, qadınlar hələ də ilk növbədə xarici görünüşünə görə mühakimə olunurlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3471
avatar

Fidan İlqar

Oxşar yazılar