“Samsung” telefonlar üçün  vacib yeniləmə   buraxdı – Quraşdırmanı gecikdirməyin
25 aprel 2024 18:13 (UTC +04:00)

“Samsung” telefonlar üçün vacib yeniləmə buraxdı – Quraşdırmanı gecikdirməyin

“Samsung” şirkəti “Galaxy” modellərinin istifadəçiləri üçün yeni proqram təminatını almağa başlayıblar.

Lent.az “SamMobile”a istinadən xəbər verir ki, yeniləməyə əsasən dəstəklənən zolaqlara, smartfonun müxtəlif mobil operatorlarla işləməsinə dəyişikliklər edir və təcili zənglərin işləməsinə birbaşa təsir göstərir. Bu baxımdan, hər kəsə mümkün qədər tez quraşdırması tövsiyə olunur.

Uyğun cihazların minimum siyahısı “Galaxy S24”, “S23”, “S22”, “Galaxy Z Fold 5”, “Z Flip 5”, “Galaxy F15” və “Galaxy A54”dür. Yeniləmə “Samsung” yeniləmə mərkəzində telefon parametrlərində mövcuddur. Mikroproqramın çəkisi təxminən 270 MB-dır.

2024-cü ilin əvvəlindən “Samsung” AI funksiyaları ilə One UI 6.1 yeniləməsini yaymağa başlamışdı. O, əvvəlcə “Galaxy S24”də, ardınca isə “Galaxy S23”, “Z Fold” və “Z Flip 5”də göründü. May ayında isə yeniləmə 2021 və 2022-ci illərin flaqmanlarına çatacaq . Ancaq onlar bir qədər azaldılmış funksionallıq alacaqlar.

Şirkət bu yaxınlarda   bütün digər “Samsung” smartfonlarından fərqli olan ucuz “Galaxy C55”i elan edib. Onun arxa hissəsi eko-dəridən hazırlanıb. Adətən istehsalçı materiallarla sınaq keçirmir və əlverişli smartfonlarda plastikdən, daha bahalılarında isə şüşədən istifadə edir. 

# 5493
avatar

Sevinc Fərid

Oxşar yazılar