Həbsdəki yaxınına telefon keçirmək istədi
25 mart 2019 10:33 (UTC +04:00)

Həbsdəki yaxınına telefon keçirmək istədi

 
Penitensiar Xidmətin müalicə müəssisəsinə mobil terefon keçirən şəxs saxlanılıb. 
 
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən Lent.az-a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində İxtisaslaşdırılmış müalicə müəssisəsinə mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb.
Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən (qanunsuz olaraq narkotik vasitələrin hazırlanması və satışı) təqsirli bilinərək həbs edilmiş Vəliyev Samir Cabir oğlu ilə qısamüddətli görüşə gəlmiş əmisi, Masallı rayon sakini Ağayev Sabir Lətif oğlunun üzərinə və əşyalarına baxış keçirilən zaman əynindəki gödəkçənin cibindən 1 ədəd “Samsung” markalı mobil telefon aparatı və 1 ədəd danışıq kartı aşkarlanıb. 
 
Faktla bağlı araşdırma aparılır.
# 520
avatar

Oxşar yazılar