Uşaq teatrı Nəsimiyə həsr edilmiş festival keçirəcək
27 fevral 2019 10:01 (UTC +04:00)

Uşaq teatrı Nəsimiyə həsr edilmiş festival keçirəcək

Bakı Uşaq Teatrı “Bir teatr, bir festival” layihəsi çərçivəsində üçüncü “Bizim teatr festivalı”nı keçirməyə hazırlaşır.

Azərbaycan Teatr Xadimləri İttifaqının dəstəyi ilə keçiriləcək “Nəsimi ili – Nəsimi dili” adlanan festivalın aprelin 12-də Aktyor Evində gerçəkləşməsi planlaşdırılır.

Lent.az-ın verdiyi mlumata görə, festivalda əsasən, Bakı Uşaq Teatrının yaradıcı heyəti Nəsimi poeziyasından kompozisiyalarla çıxış edəcək. Festivala ölkədə fəaliyyət göstərən başqa teatrlar da qatıla bilər.

 

# 807
avatar

Oxşar yazılar